Türkiyə Müdafiə Nazirliyi FHN-ə minaaxtaran itlər hədiyyə edib - VİDEO

 Türkiyə Müdafiə Nazirliyi FHN-ə minaaxtaran itlər hədiyyə edib -  VİDEO
  23 May 2021    Oxunub:2023
Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) 10 xüsusi təlim keçmiş minaaxtaran it təmənnasız olaraq hədiyyə edilib.
FHN-dən Azvision.az -a verilən məlumata görə, itlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun 10 nəfərdən ibarət təlimatçı kinoloq qrupu hazırda qardaş ölkədə təlim kurslarında iştirak edir.



Belə ki, 8 mart 2021-ci il tarixində başlamış təlim kursları Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Atteşeliyinin təşkilatçılığı ilə Bursa şəhərində keçirilir. Kurslarda əməkdaşlar Azərbaycan FHN-ə hədiyyə edilmiş itlərlə minaların axtarışı və ərazilərin minalardan təmizlənməsi üzrə təlimlər keçirlər.

Kinoloqlar təlim kursunu tezliklə başa vurub itlərlə bərabər ölkəmizə dönərək işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaqlar.

Azvision.az


Teqlər: FHN   Türkiyə  






Xəbər lenti