Hindistanda karantin rejimi uzadıldı

Hindistanda karantin rejimi uzadıldı
  23 May 2021    Oxunub:1130
Azvision.az xəbər verir ki, bu barədə Yeni Dehlinin Baş naziri Arvind Kejrival bildirib. Onun sözlərinə görə, virusa yoluxanların sayının artması karantin rejiminin may ayının sonunadək uzadılmasına səbəb olub.

Baş nazir peyvənd çatışmazlığının olduğunu dilə gətirib və bunun həlli yollarının axtarıldığını deyib.

Qeyd edək ki, Hindistan dünyada virusa yoluxanların sayına görə ikinci yerdədir.

Azvision.az




Teqlər:






Xəbər lenti