Azərbaycanda yoluxma sayı 200-ə düşdü

 Azərbaycanda yoluxma sayı 200-ə düşdü
  23 May 2021    Oxunub:2304
Azərbaycanda koronavirus infeksiyasından 717 nəfər müalicə olunaraq sağalıb, 219 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 332 min 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 320 min 708 nəfər müalicə olunaraq sağalıb, 4860 nəfər vəfat edib.

Ötən müddət ərzində 3 milyon 453 min 244 test aparılıb. Bugünkü test sayı isə 7211-dir.

Azvision.az


Teqlər: Koronavirus   Yoluxma  






Xəbər lenti