Boksçularımız 7 medala sahib oldular

Boksçularımız 7 medala sahib oldular
  23 May 2021    Oxunub:2166
Budva şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq Monteneqro kuboku keçirilib.
Azvision.az Boks Federasiyasınıa istinadən xəbər verir ki, 15 ölkənin qatıldığı yarışda Azərbaycan milli komandası da iştirak edib.

Turnirə Vaqif Kazımovun rəhbərlik etdiyi yeniyetmələrdən ibarət yığma qatılıb. Budvaya 10 boksçu ilə yollanan komandamız 3 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.

Millimizin 3 üzvü turnirin qalibi olub. Kənan Babayev (48 kq) finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovu, Məhəmmədəli Qasımzadə (54 kq) bolqarıstanlı Viktorio İliyevi, Sənan Hətəmov (63 kq) ukraynalı Oleq Sapijakı məğlub edərək, qızıl medala yiyələnib.

Onlardan fərqli, Tofiq Quliyevlə (46 kq) Ziya Həsənov (66 kq) həlledici görüşdə məğlub olaraq, ikinci yeri tutublar. Digər boksçularımızdan İbrahim Zeynalov (50 kq) və Xaqani Quliyev (+80 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışda iştirak iyulda Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır. Boksçularımız mayın 24-də Vətənə qayıdacaqlar.

Azvision.az



Teqlər: Boks  





Xəbər lenti