“YAŞAT” daha 121 şəhid və qazi ailəsinin məişət şəraitini yaxşılaşdırdı

 “YAŞAT” daha 121 şəhid və qazi ailəsinin məişət şəraitini yaxşılaşdırdı
  24 May 2021    Oxunub:1790
16-23 may tarixlərində 121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 110 qazinin tibb xərcləri ödənilib.
Bundan əlavə, 2 şəhid və qazi ailəsinin təhsil xərclərinin ödənilməsi tamamlanıb.

Qeyd olunub ki, daha 227 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 80 şəxsin tibb xərclərinin ödənilməsi və 13 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond  





Xəbər lenti