Bakıda Avropa Bilik Yarışması keçirilib
Təxminən 350 müraciət daxil olub, hər komandada 4 nəfər olmaqla yalnız 11 komanda Aİ haqda biliklərini sınamaq üçün seçilib.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas çıxışında qeyd edib: “Dostluq bir-birini tanımaqdan, öyrənməkdən və anlamaqdan başlayır. Bu, ölkələr arasındakı tərəfdaşlığa da şamil edilir: tərəfdaşlıq qarşılıqlı hörmət prinsipi ilə insanlar arasında əlaqələrə, bilik və dostluğa əsaslanır. Mən Gənc Avropa Səfirlərinin Avropa İttifaqına dair bilikləri təbliğ etmək təşəbbüsünü alqışlayıram. Bu, Aİ ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirməyə kömək edəcək”.
Yekunda yarışmanı “Randomika” komandası qazanıb. Qalib iştirakçılar Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, Kəstutis Yankauskas tərəfindən mükafatlandırılıb. Yarışmanın bütün iştirakçılarına kiçik hədiyyələr verilib.
Azvision.az
Teqlər: Avropa-İttifaqı Yarış