Baş həkim qazilərin şikayətinə münasibət bildirdi

Baş həkim qazilərin şikayətinə münasibət bildirdi
  24 May 2021    Oxunub:1708
Tovuz Rayon Mərkəzi Xəstəxanasında Vətən Müharibəsi iştirakçısı olmuş 3 qaziyə ilkin tibbi yardım göstərilməməsi ilə bağlı yayılan videoyaya aydınlıq gətirilib.

Xəstəxananın baş həkimi Mahirə Quliyeva Azvision.az -a açıqlamasında bildirib ki, bazar günü növbətçi həkimin biri reanimasiya şöbəsində, digəri isə təcili yardım şöbəsində olur.
Baş həkim qeyd edib ki, qazilər müraciət edən vaxt həkimlər xidmət yerində olublar, onlar xəstəyə lazımi yardım göstəriblər.

"Həmin gün qaziyə baş çəkmək üçün digər döyüş yoldaşları da xəstəxanaya gəliblər. Təəssüf edirik ki, bu qazilərdən birinin vəziyyəti anidən pisləşib. Tərəfimizdən ziyarətçi qazimizə də həm stasionar, həm də ambulator yardım olunub. Qazimizin birində dərin psixonevroloji problemlərin olduğu müəyyənləşdirilib. Odur ki, Vətən müharibəsi iştirakçımızın 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi tövsiyə olunub. Lakin qazinin atası övladının həmin xəstəxanaya göndərilməsinə icazə vermədi. Hazırda həmin şəxslərin müalicəsi aparılır. Lakin ixtisaslı xəstəxanaya göndərilməsi tövsiyə olunur", - deyə baş həkim vurğulayıb.

Sosial şəbəkələrdə yayılan videoda halı pisləşən qazilərə yardım etmək üçün növbətçi həkimin olmadığı və onlara döyüş yoldaşlarının kömək etdikləri bildirilir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tovuz   Xəstəxana   Qazi  





Xəbər lenti