Miqrasiya Xidməti tender məsələsinə aydınlıq gətirdi

   Miqrasiya Xidməti tender məsələsinə aydınlıq gətirdi
  24 May 2021    Oxunub:2044
“Bəzi mətbu orqanlarda Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri-dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi ilə əlaqədardır (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi)".
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, məlumatlara sistemdə artıq düzəlişlər edilib:

"Bununla yanaşı saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapıb. Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləğ 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq. Mətbuat nümayəndələrinə bu məsələni anlayışla qarşılamağı və məlumatlarında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik”.

Azvision.az


Teqlər: Miqrasiya   Xidmət  





Xəbər lenti