Nazirlik qazini işlə təmin etdi
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunan qazi müvafiq sosial ödənişlərlə (təqaüd və müavinət) təmin edilir. Sahil Həsənlinin mənzil və avtomobillə təminatı da həyata keçiriləcək. Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlə təminatı işləri aparılır.
Artıq 17 qazi həmin müasir protezlə təmin olunub, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb. Onlardan biri kimi, hazırda Sahil Həsənlinin də yüksək texnologiyalı protezlə təmin olunması üçün işlər aparılır”, - deyə qeyd olunub.
Azvision.az