Peyvənd olunanların sayı 2 milyona çatır

 Peyvənd olunanların sayı 2 milyona çatır
  24 May 2021    Oxunub:1021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 115 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 987 084, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 134 398, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 852 686 nəfərə çatıb.



Azvision.az


Teqlər: Peyvənd   Vaksinasiya  





Xəbər lenti