Ölkəmizi avrokuboklarda bu klublar təmsil edəcək

Bundan əvvəl Premyer Liqanın qalibi "Neftçi"nin Çempionlar Liqasında, "Qarabağ" və "Sumqayıt" komandalarının Konfrans Liqasında iştirak edəcəyi dəqiqləşib.
Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk matçları 6-7 iyul, cavab görüşləri 12-14 iyul tarixlərində keçiriləcək. Konfrans Liqasında isə iyulun 8-i birinci mərhələnin oyunlarına start veriləcək. 2-ci mərhələdən yarışa başlayacaq Azərbaycan klublarının ilk oyunları 22 və 29 iyulda baş tutacaq.
Azvision.az
Teqlər: Avrokubok