Keçmiş məhkum silah və narkotiklə tutuldu

Keçmiş məhkum silah və narkotiklə tutuldu
  25 May 2021    Oxunub:1357
Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutuldu
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan rayon sakini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Elmar Abdullayevin üzərindən dörd bükümdə narkotik vasitə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq “Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az




Teqlər: Keçmiş-məhkum   Narkotik   Silah  





Xəbər lenti