KİV nümayəndələri mühəndis texnikası ilə tanış oldular

KİV nümayəndələri mühəndis texnikası ilə tanış oldular
  25 May 2021    Oxunub:1460
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir. Bu məqsədlə Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqları Azərbaycan Ordusunun arsenalına qəbul olunur.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, azad edilmiş ərazilərimizin minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsində istifadə olunan yeni texnika və avadanlıqlarla tanışlıq məqsədilə mayın 25-də kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün media-tur təşkil olunub.

Media nümayəndələrinə mühəndis-istehkam bölmələri tərəfindən müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri praktiki nümayiş etdirilib.



Yeni texnika və avadanlıqların dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçuların kurslara cəlb olunması barədə media nümayəndələrinə ətraflı məlumat verilib.

Sonda kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara müvafiq sertifikatlar təqdim edilib.









Azvision.az


Teqlər: MN   KİV   Media-tur  





Xəbər lenti