Azərbaycana Pfizer vaksini gətiriləcək

Azərbaycana Pfizer vaksini gətiriləcək
  25 May 2021    Oxunub:2104
Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, əhalisinin sayına uyğun yetəri qədər vaksin var.

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, qarşıdakı günlərdə Biontech/Pfizer vaksini ölkəyə gətiriləcək.

“Hər kəsə müraciət edirik ki, könüllü şəkildə seçdiyi vaksini vurdura bilərlər. Bir ildə ümumi yoluxma 300 mindən çoxdur. Yanvar ayından bəri 1 milyona yaxın vətəndaşa vaksinasiya ilə immunitet qazandırmışıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksin  






Xəbər lenti