Metronun fəaliyyəti bərpa edilir

 Metronun fəaliyyəti bərpa edilir
  25 May 2021    Oxunub:1258
Mayın 31-dən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, metronun fəaliyyətində müvafiq qaydalara uyğun olaraq, maska, məsafə və dezinfeksiya tədbirlərinə əməl edilməsi tələb olunacaq.

Azvision.az


Teqlər: Metro  





Xəbər lenti