Azərbaycanın qızıl ehtiyatı artıb

Azərbaycanın qızıl ehtiyatı artıb
  08 Mart 2014    Oxunub:1195
2013-cü ildə ölkədə hasil edilən qızılın təqribən 150 kiloqramı Azərbaycan Mərkəzi Bankına (AMB) verilib.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.
Hesabatda deyilir: "Azərbaycan hökuməti və "R.V. Investment Group Services LLC" şirkəti arasında imzlanmış "Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"ə müvafiq olaraq Gədəbəy yatağında hasil edilən məhsul qızıl və mis emalı zavodunda işləndikdən sonra təmizlənməsi üçün İsveçrəyə göndərilib".
İsveçrənin "MKS Finance S.A." şirkəti hasil edilən qızılı təmizlədikdən sonra hökumətin qızıl külçələrdə (149 kiloqram) 4790,5 troya unsiya payı AMB-də saxlamaq üçün yerləşdirilib.


Teqlər:





Xəbər lenti