Bərpa olunan enerji üzrə qiymətlər yeni qaydalarla müəyyənləşəcək

  25 May 2021    Oxunub :484
Bərpa olunan enerji üzrə qiymətlər yeni qaydalarla müəyyənləşəcək
Bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin qiymətlərinin (tarifləri) müəyyənləşdirilməsi qaydası müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovatt-saatı üçün hesablanır. Ölçmələrə, ölçü cihazlarına dair tələblər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinə görə hesablaşma, ödənilmə şərtləri və ödəniş müddəti tərəflər arasında bağlanılmış müqavilələrlə müəyyənləşdirilir.

Bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən edilən tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılır.

Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir.

Zəmanətli tariflər bu Qanunun 8.5-ci maddəsinə uyğun olaraq satınalma müqaviləsində müəyyən edilən müddət ərzində tətbiq edilir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuda qəbul edilib.

Azvision.az

Teqlər: Bərpa-olunan   Enerji