Səfirlikdən Zərifin Bakı səfəri ilə bağlı açıqlama

  25 May 2021    Oxunub :551
Səfirlikdən Zərifin Bakı səfəri ilə bağlı açıqlama
Azərbaycana səfəri etmiş İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyi məlumat yayıb.

"Görüşdə tərəflər son illərdə iki ölkə arasındakı əlaqələrin genişlənmə tendensiyasından və uyğun səviyyəsindən məmnun olduqlarını, əlaqələrin daha da inkişafını və dərinləşməsini vurğulayıblar. İkitərəfli münasibətlərdəki son hadisələr, ortaq iqtisadi layihələr, İranın azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasında iştirakı, Ermənistanla Azərbaycan arasında atəşkəs bəyannaməsinin icrasındakı son durum, iki ölkə arasındakı son sərhəd gərginliyi, kommunikasiya dəhlizləri, İran, Azərbaycan və Ermənistan arasında dəmir yolu kommunikasiyaları, altı tərəfli regional əməkdaşlıq təşəbbüsünün həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər bu görüşdə müzakirə və məsləhətləşmələr mövzusu olub", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Zərif