"Məscidlərdə karantin qaydalarına əməl ediləcək" - QMİ nümayəndəsi

 "Məscidlərdə karantin qaydalarına əməl ediləcək" -  QMİ nümayəndəsi
  25 May 2021    Oxunub:1619
"Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ibadət evlərinin açılması ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edib. Şükürlər olsun ki, bu gün ibadət evlərinin açılması barədə qərar verildi”.
Bunu Azvision.az -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib.

Onun sözlərinə görə, iyunun 10-dan ibadət evləri açılanda karantin rejiminin qaydalarına əməl ediləcək: “Dini icmalar tərəfindən buna nəzarət ediləcək. Məsciddə olan icma üzvlərinin sayı qaydalara riayət olunmasını tənzimləyə imkan verir”.

Qeyd edək ki, Operativ Qərargahın bu gün keçirilən brifinqində cari ilin iyun ayının 10-dan etibarən məscidlərin açılacağı bildirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər:






Xəbər lenti