Tanınmış idmançılar “YAŞAT marafonu üçün çağırış etdilər
Dünya azərbaycanlılarını bu nəcib təşəbbüsə dəstək olmağa çağıran F.Mansurov deyib: “Əziz dostlar, mən sizin hər birinizi “YAŞAT” xeyriyyə marafonuna qoşulmağa dəvət edirəm. Bu marafon vasitəsilə bir daha həmrəylimizi, birliyimizi nümayiş etdirməyə çağırıram”.
Karate üzrə beşqat dünya, onbirqat Avropa çempionu Rafael Ağayev isə bildirib ki, dünyanın hər yerində ürəyi Vətən eşqi ilə döyünən soydaşlarımız 44 günlük Vətən müharibəsində bizimlə birgə oldular. “YAŞAT” marafonunda şəhid ailələrinə, qazilərə dəstək olmağa çağırış edən R.Ağayev deyib: “Gəlin, indi də birlikdə olaq. Güc birlikdədir!”.
Azvision.az
Teqlər: