Ceyhun Bayramov Avstriyada daha bir görüş keçirdi

Ceyhun Bayramov Avstriyada daha bir görüş keçirdi
  25 May 2021    Oxunub:882
Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriya Azərbaycan Ticarət Palatası, Avstriya Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb.
Bu barədə Azvision.az -a Xarici İşlər Nazirliyini Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə nazir münaqişədən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, qeyd olunan ərazilərdə yeni texnologiyaların tətbiqi ilə "yaşıl enerji zonasının" yaradilması, "ağıllı şəhər" və "ağıllı kənd" layihləri barədə məlumat verib.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  





Xəbər lenti