Teymur Rəcəbov pley-offa vəsiqə qazandı

Teymur Rəcəbov pley-offa vəsiqə qazandı
  26 May 2021    Oxunub:1228
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsinin son partiyaları oynanılıb.
Azvision.az xəbər verir ki, yarışda iştirak edən şahmatçımız Teymur Rəcəbov ilk qarşılaşmada niderlandlı Aniş Giriyə uduzub. Sonrakı turda rəqibi çinli Liren Dinqə qalib gələn təmsilçimiz növbəti partiyalarda rusiyalı şahmatçılar Aleksandr Qrişuk, Daniil Dubovla xalı yarı bölüb. Son turda Maqnus Karlsen ilə üz-üzə gələn təmsilçimiz bu qarşılaşmada məğlub olub.

Şəhriyar Məmmədyarov isə ilk qarşılaşmada argentinalı Alan Piçota qalib gəlib. Sonrakı turlarda Aniş Giri, Liren Dinq, Aleksandr Qrişuk ilə heç-heçə etsə də, son turda Daniil Dubova uduzub.

Şahmatçımız Teymur Rəcəbov təsnifat mərhələsində yekun nəticədə 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb. Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub.

Qeyd edək ki, təsnifat mərhələsinin yekunlarına görə, ilk səkkizlikdə yer alan şahmatçılar pley-offa iştirak etmək hüququ qazanıblr.

“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı mübarizə aparıb. “Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

Azvision.az


Teqlər: TeymurRəcəbov  





Xəbər lenti