Abituriyentlərdən COVID pasportu tələb olunmayacaq

 Abituriyentlərdən COVID pasportu tələb olunmayacaq
  26 May 2021    Oxunub:1230
İmtahana kənardan çağırılacaq nəzarətçilərdən COVID pasportu tələb olunacaq.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, DİM-in imtahanlarında iştirak edən işçilərdən 68 nəfər xəstələnib:

"Onlardan 1 nəfər vəfat edib. Qalan işçilərimiz peyvənd olunub. İmtahanlarda iştirak edəcək abituriyentlər 18 yaşdan kiçik olduğu və onlar peyvənd olunmadığı üçün COVID pasportu verilmir".

Aytən Zəhra
Azvision.az


Teqlər: İmtahan   Nəzarətçi  





Xəbər lenti