Bu abituriyentlər ixtisas seçiminə buraxılmayacaq

DİM sədri bildirib ki, qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.
"Qəbul imtahanının birinci mərhələsi DİM tərəfindən elan olunacaq tarixdə keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər".
Aytən Zəhra
Azvision.az