“Anatolian Phoenix-2021” təlimi davam edir

“Anatolian Phoenix-2021” təlimi davam edir
  26 May 2021    Oxunub:1012
Türkiyə Respublikasının Konya şəhərində keçirilən Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, beynəlxalq təlimdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib.

Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.

Təlim iyunun 4-dək davam edəcək.



Azvision.az


Teqlər: Türkiyə   Təlim   MN  





Xəbər lenti