Əli Əsədov gürcüstanlı həmkarını təbrik etdi

   Əli Əsədov gürcüstanlı həmkarını təbrik etdi
  26 May 2021    Oxunub:1387
Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, məktubda Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələrin, strateji tərəfdaşlığın məmnunluq doğurduğu vurğulanıb.

Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəyinə əminlik ifadə olunub.

Azvision.az


Teqlər: Baş-nazir   Əli-Əsədov  





Xəbər lenti