Gömrük idarələri bayram günü də işləyəcək

Gömrük idarələri bayram günü də işləyəcək
  26 May 2021    Oxunub:913
Qarşıdan gələn 28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günündə gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Azvision.az


Teqlər: Gömrük   Komitə  





Xəbər lenti