Nazirlikdən lisey və gimnaziyalara qəbulla bağlı açıqlama

Nazirlikdən lisey və gimnaziyalara qəbulla bağlı açıqlama
  26 May 2021    Oxunub:1889
2021-2022-ci tədris ili üzrə lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, ilkin olaraq seçilmiş 15 pilot təhsil müəssisəsində qəbul prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mərkəzləşdirilmiş qəbul prosesi zamanı şagirdlər konkret bir təhsil müəssisəsinə qəbul üçün deyil, imtahanda iştirak üçün onlayn qeydiyyatdan keçməlidirlər. Bu, daha sonra şagirdlərə imtahan nəticələrinə, yəni toplanılan bala uyğun olaraq, müvafiq lisey və gimnaziya seçimi etməyə imkan yaradacaq. Yeni mexanizmə əsasən, şagirdlər bir neçə təhsil müəssisəsinə qəbul üçün sorğu göndərə biləcək.

Mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün valideynlər şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az) şəxsi kabinet vasitəsi ilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini seçə bilirlər.

Qəbul imtahanlarının vaxtı aşağıdakı kimi təyin edilib:
• 16 iyun 2021-ci il tarixində VI siniflərə qəbul ( hazırda V sinifdə oxuyanlar üçün)
• 17 iyun 2021-ci il tarixində V siniflərə qəbul ( hazırda IV sinifdə oxuyanlar üçün)
• 18 iyun 2021-ci il tarixində VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün)
• 21 iyun 2021-ci il tarixində isə VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı aşağıdakı kimidir:
• S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası;
• A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya;
• S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyası;
• S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya;
• Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi;
• Kimya-biologiya Təmayüllü Respublika liseyi;
• Texniki-Humanitar lisey;
• 2 nömrəli Texniki-Humanitar lisey;
• 147 nömrəli Texniki-Humanitar lisey;
• 291 nömrəli Ekologiya liseyi;
• Şəki, Şəmkir və Şirvanda yerləşən Kimya-biologiya Təmayüllü Respublika liseyləri;
• Quba və Gəncədə yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyləri.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti