Jurnalistlər Mətbuat Şurasında peyvənd olunacaq

Jurnalistlər Mətbuat Şurasında peyvənd olunacaq
  26 May 2021    Oxunub:1618
Mayın 31-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək.
Mətbuat Şurasından Azvision.az -a verilən məlumata görə, həmin gün həm aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərə vaksinin ikinci dozası tətbiq ediləcək, həm də vaksinasiyadan keçməmiş media təmsilçilərinə peyvənd olunmaq üçün şərait yaradılacaq.

Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

1. Adı, soyadı, atasının adı;
2. Doğum tarixi;
3. Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
4. Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected][email protected] ünvanlarına da (PDF faylda skan olunmuş) göndərilə bilər.

Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02

Qeyd edək ki, COVID-19 infeksiyasına qarşı vaksinin hər iki dozası tətbiq edilmiş jurnalistlər bununla əlaqədar müvafiq sənədi mayın 31-dən başlayaraq Mətbuat Şurasından əldə edə biləcəklər.

Azvision.az


Teqlər: Mətbuat-Şurası   Vaksinasiya  





Xəbər lenti