Fransa səfiri ərazilərimizin minalanmasından yazdı

Fransa səfiri ərazilərimizin minalanmasından yazdı
  26 May 2021    Oxunub:1879
Fransanın Bakıdakı səfiri Zakari Qross Azərbaycanın minalanmış əraziləri ilə bağlı paylaşım edib.
Azvision.az xəbər verir ki, diplomat "Twitter" hesabında minalı ərazilərin kifayət qədər böyük olduğunu vurğulayıb.

"Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına görə, Azərbaycanda minalardan təmizlənməli olan ərazi Cənubi və Şimali Koreya arasındakı minalardan təmizlənmiş bütöv ərazidən daha böyükdür", - deyə səfir qeyd edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Mina  





Xəbər lenti