Qazilərə aktivlər təqdim edilib
Camal Alxasov bir qədər əvvəl Nazirlik tərəfindən mühərrikli təkərli oturacaqla təmin edilib, həmçinin onun yüksək texnologiyalı protezlə təminatı üçün də işlər aparılır. Ümumilikdə postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 4666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub, 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Azvision.az