Yunanıstan prezidenti İlham Əliyevə məktub göndərdi

   Yunanıstan prezidenti İlham Əliyevə məktub göndərdi
  26 May 2021    Oxunub:1055
Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına tərəqqi və rifah arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə daha da inkişaf etdirilməsi istiqamətində birgə işləyəcəyimizə ümidvar olduğumu bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Yunanıstan   Təbrik  





Xəbər lenti