Azərbaycanda Türkiyənin dəstəyi ilə yeni təhsil müəssisələri yaradılır

Azərbaycanda Türkiyənin dəstəyi ilə yeni təhsil müəssisələri yaradılır
  26 May 2021    Oxunub:1504
Milli Məclisin Elm və təhsil komitəsinin sabah keçiriləcək iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında məsələ müzakirə ediləcək.
Azvision.az xəbər verir ki, protokola əsasən, Azərbaycan Respublikasında olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisələri yaradılacaq.

Protokola uyğun olaraq, tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər.

Protokolun komitə iclasında müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunması nəzərdə tutulur.

Azvision.az



Teqlər:





Xəbər lenti