Millimiz Ukraynaya qalib gəldi

Millimiz Ukraynaya qalib gəldi
  26 May 2021    Oxunub:1419
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununa çıxıb.
Azvision.az xəbər verir ki, Milan Obradoviçin komandası ukraynalı həmyaşıdları ilə qarşılaşıb. Kiyevdəki “Bannikov” stadionunda keçirilən qarşılaşmada millimiz minimal (1:0) hesabla qalib gəlib. Oyunda yeganə qolu 17-ci dəqiqədə Musa Qurbanlı vurub.

Qeyd edək ki, Azərbaycan yığması sabah Özbəkistanın U-21 millisi ilə qarşılaşacaq.

Azvision.az


Teqlər: Futbol   Milli   Ukrayna  





Xəbər lenti