Azərbaycanda virusa yoluxanların 51 faizi qadınlardır
3,1 faiz yoluxma Quba-Xaçmaz, 4,1 Şəki- Zaqatala rayonları, 2,4 faizi Lənkəran rayonu, 1,4 faizi Yuxarı Qarabağ bölgəsi, 2,3 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,005 faiz qeydə alınıb.
Ölkədə koronavirusa yoluxanların 21 faizi 30-39 yaş arasında, 18 faizi isə 50-59 yaş arasında olan şəxslərdir. Yoluxanların 3 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir. Bundan əvvəlki statistikada yoluxanlardan 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edirdi.
Azvision.az
Teqlər: Koronavirus