“Ermənistanın təxribatı üçtərəfli bəyanatın pozulmasıdır” - XİN rəsmisi

 “Ermənistanın təxribatı üçtərəfli bəyanatın pozulmasıdır” -   XİN rəsmisi
  27 May 2021    Oxunub:1045
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd xəttinə yaxın Kəlbəcər istiqamətində təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni hərbçi Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” hesabında yazıb.

XİN rəsmisi qeyd edib ki, bu, növbəti təxribat xarakterli hərəkətdir.

“Eyni zamanda, bu, üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır!”, - deyə L.Abdullayeva vurğulayıb.

Azvision.az


Teqlər: XİN   LeylaAbdullayeva  






Xəbər lenti