Ötən gün 19 yanğın olub

Ötən gün 19 yanğın olub
  27 May 2021    Oxunub:672
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 19 halda yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb. Həmçinin, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fərdi evlərin həyətyanı sahələrinə yığılmış yağış sularının çəkilərək kənarlaşdırılması təmin edilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti