Ramiz Əzizbəyli süni tənəffüs aparatına qoşulub

 Ramiz Əzizbəyli süni tənəffüs aparatına qoşulub
  27 May 2021    Oxunub:724
"Ramiz Əzizbəylini xəstəxanaya yerləşdirmişik. Bir həftə əvvəl koronavirusa yoluxub".
Bunu Azvision.az -a Xalq artisti, tanınmış kino rejissor Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli deyib.

"Kimdən yoluxduğunu bilmirik. Qəfildən halının dəyişdiyini hiss etdik və təcili yardım çağırıb test verdik. Vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün onu Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələr üçün modul tipli xəstəxanaya yerləşdirdik. Özü ilə danışırıq. Vəziyyəti stabildir. Tənəffüs almasında problem yaranmışdı. Bu səbəbdən süni tənəffüs aparatına qoşulub. Həkimlərin dediyinə görə, onu bir neçə gündən sonra aparatdan ayıracaqlar", - deyə Xalq artistinin xanımı bildirib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: RamizƏzizbəyli  





Xəbər lenti