Qətər Əmirinin müavini Prezidenti təbrik edib

Qətər Əmirinin müavini Prezidenti təbrik edib
  27 May 2021    Oxunub:1042
Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı, təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq və fərəh duyuram.

Zati-alinizə möhkəm cansağlığı və səadət diləyir, qardaş xalqınıza rifah və tərəqqi arzulayıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Təbrik   Məktub   Qətər  





Xəbər lenti