Qardaşını öldürən şəxsin işi məhkəməyə göndərildi

Qardaşını öldürən şəxsin işi məhkəməyə göndərildi
  27 May 2021    Oxunub:1155
14 oktyabr 2020-ci il tarixdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində Mirvaqif Məmmədzadənin bıçaqlanraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq Binəqədi rayon prokurorluğunda istintaq aparılıb.
Bu barədə Azvision.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Mirvaqif Məmmədzadəni nənəsinin gözləri qarşısında qəsdən öldürüb.

Mirhəbib Məmmədzadə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: Məhkəmə   Cinayət  





Xəbər lenti