İordaniya Kralı Azərbaycan Prezidentini təbrik etdi

   İordaniya Kralı Azərbaycan Prezidentini təbrik etdi
  27 May 2021    Oxunub:681
İordaniya Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

Azvision.az


Teqlər: Prezident   Məktub  





Xəbər lenti