Millimiz Türkiyəyə məğlub oldu - YENİLƏNİB
Alanya şəhərindəki Oba stadionunda təşkil olunan görüş Türkiyə komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Emin Mahmudov, rəqib komandadan isə Halil İbrahim Dervişoğlu və Kaan Ayhan fərqləniblər.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.
***
Futbol üzrə Azərbaycan və Türkiyə milliləri arasında bu gün Alanyada keçiriləcək yoldaşlıq oyunu üçün start heyətlər açıqlanıb.
Azvision.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşə aşağıdakı tərkibdə çıxacaqlar:
Türkiyə: 12. Altay Bayındır, 2. Mərt Müldür, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 7. Cengiz Ünder, 9. Halil İbrahim Dervişoğlu, 11. Halil Akbunar, 15. Taylan Antalyalı, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 22. Kaan Ayhan (k).
Ehtiyat oyunçular: 1. Mərt Günok, 23. Gökhan Akkan, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 8. Kerem Aktürkoğlu, 10. Abdülkadir Ömür, 13. Umut Meraş, 14. Mahmut Tekdemir, 16. Enes Ünal, 17. Efecan Karaca.
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 17. Elvin Cəfərquliyev, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 3. Azər Salahlı, 4. Rahil Məmmədov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 10. Murad Xaçayev, 14. Hoccət Haqqverdi, 16. Sərtan Taşkın, 19. Təmkin Xəlilzadə, 21. Toral Bayramov, 22. Rəhim Sadıxov.
Azvision.az