Güləşçilərimiz Avropa çempionatına hazırlaşır

Yığmalarımız məsul yarışa Bakıda hazırlaşır. Sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, qızlar isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçirlər. Yunan-Roma güləşi üzrə müvafiq komandamız isə Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında böyük məşqçi Taleh İsrafilovun tapşırıqlarını icra edir.
Qeyd edək ki, analoji yarış sonuncu dəfə 2019-cu ildə İtaliyanın Faenza şəhərində keçirilib. Həmin Avropa çempionatında güləşçilərimiz uğurlu çıxış edərək 4 qızıl, 3 gümüş, 8 bürünc olmaqla, ümumilikdə 15 medal qazanıblar.
Azvision.az
Teqlər: Güləş Avropa-Çempionatı