Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı

Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı
  27 May 2021    Oxunub:1151
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin “The FTX Crypto Cup” turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarımfinala vəsiqə qazanıb.
Şahmatçımız dörddəbir final mərhələsinin cavab matçında niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Dörd partiyadan ibarət matçın bütün oyunları heç-heçə başa çatdığından matçda bərabərlik qeydə alınıb. Bununla da dünən keçirilmiş birinci matçda 2,5:1,5 hesabla qələbə qazanmış T.Rəcəbov qalib elan olunaraq yarımfinala vəsiqəni təmin edib.

Qeyd edək ki, T.Rəcəbov təsnifat mərhələsində 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb. Ş.Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutaraq turnirdə mübarizəni dayandırıb.

Xatırladaq ki, “The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar dəyərində “bitcoin” olacaq. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Azvision.az


Teqlər: Şahmat  





Xəbər lenti