`Bakı`- `Qarabağ`la oynayacaq
Sabah Azərbaycan Liqasının 25-ci turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq “Bakı” klubu bu gün oyunöncəsi son məşqini keçirib.
Saat 11:00-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləri ilə start verilib.
Ardından futbolçular əyləncəli qaçdı-tutdu oynayıblar. Vacib qarşılaşma öncəsi yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç oyunçuları 3 qrupa bölərək “kvadrat” oynamaq tapşırığı da verib. Çiskinli hava şəraitində keçən məşqin sonunda qısa məsafələrə sürətli qaçış və dartınma təmrinləri icra olunub.
Onu da qeyd edək ki, profilaktik müalicə alan Mario Alvares, Deyvidas Çesnauskis və Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib.
Teqlər: