Metroda maska taxmayanlar cərimələnəcək

 Metroda maska taxmayanlar cərimələnəcək
  28 May 2021    Oxunub:3150
“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir.
Azvision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.

Azvision.az


Teqlər: Metro   Tibbi   Maska  





Xəbər lenti