Qanunsuz reklamların yayımı dayandırıldı
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilmişdir. Belə ki, mağazanın pəncərələrində "70 faizə qədər endirim" məzmunlu reklamlar yerləşdirilsə də, satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi aşkarlanıb.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş Əli Babayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Teqlər: