Ağdamda inşa olunacaq ilk yaşayış binasının təməli qoyuldu - YENİLƏNİB

 Ağdamda inşa olunacaq ilk yaşayış binasının təməli qoyuldu -  YENİLƏNİB
  28 May 2021    Oxunub:2357
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısına inşa ediləcək ilk yaşayış binası barədə məlumat verilib.

Qeyd olunub ki, ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühandislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.

Dövlətimizin başçısı binanın təməlini qoydu.





Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Ağdam  






Xəbər lenti