Ermənilərin Tərtərdə dağıtdığı 14 məktəb təmir olunub

 Ermənilərin Tərtərdə dağıtdığı 14 məktəb təmir olunub
  28 May 2021    Oxunub:836
Ötən ilin sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Ermənistanın Tərtər rayonuna atdığı raket zərbələri nəticəsində ziyan dəymiş 14 məktəb binasında təmir-bərpa işləri başa çatıb
Bu barədə  Azvision.az -a açıqlamasında Tərtər rayon Təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov bildirib. Onun sözlərinə görə, həmin məktəblərdə tədris davam edir.

"Qapanlı kənd tam orta və Eloğlu kənd tam orta məktəbləri ermənilərin atdıqları mərmi nəticəsində təhsil keçmək üçün yararsız vəziyyətdə idi. Hazırda bu məktəblərdə təmir gedir. Ermənilərin mərmi zərbələri nəticəsində dağılan iki məktəb binası yenidən tikiləcək. Onların layihəsi hazırdır və yaxın günlərdə tikinti işlərinə başlanılacaq", - deyə şöbə müdiri qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tərtər   Məktəb   Təmir  





Xəbər lenti