Yoxa çıxan təyyarənin ilkin izləri tapıldı

Yoxa çıxan təyyarənin ilkin izləri tapıldı
  09 Mart 2014    Oxunub:1264
Malayziya hava yollarına aid təyyarənin ilkin izləri tapıldı.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, cənubi Çin dənizində itən Malayziya Hava yollarına aid Boinq 777 təyyarəsinin məxsus ilkin izlər tapılıb. Vyetnamın iki qütbündə təxminən 15 kilometr uzunluğunda olan təbəqələrin təyyarədən sızan yanacağa aid olduğu ehtimal edilir. Hazırda axtarışları Vyetnamlılar aparır, Malayziya hökumətinin dəstək çağırışına Amerika Birləşmiş Ştatlarından da müsbət cavab gəlib. Vaşinqton rəhbərliyi axtarış işlərinə kömək məqsədiylə bölgəyə hərbi gəmi göndərib.

Xatırladaq ki, ötən gün Malaziya hava yollarının aid, içərisində 227 sərnişin və 12 heyət üzvü olan təyyarə ilə əlaqə Vyetnam ərazisində kəsilib.


Teqlər:





Xəbər lenti